Opening ceremony of BSU TLC Center

Opening ceremony of BSU TLC Center

On 30st January 2019 is BSU opened TLC More »

Opening ceremony of BSU TLC Center

Opening ceremony of BSU TLC Center

On 30st January 2019 is BSU opened TLC More »

Opening ceremony of BSU TLC Center

Opening ceremony of BSU TLC Center

On 30st January 2019 is BSU opened TLC More »

Opening ceremony of BSU TLC Center

Opening ceremony of BSU TLC Center

On 30st January 2019 is BSU opened TLC More »

Opening ceremony of BSU TLC Center

Opening ceremony of BSU TLC Center

On 30st January 2019 is BSU opened TLC More »

Opening ceremony of BSU TLC Center

Opening ceremony of BSU TLC Center

On 30st January 2019 is BSU opened TLC More »

 

BSU-nun əməkdaşları layihə çərçivəsində Naxçıvan şəhərində olublar

Bakı Slavyan universitetinin əməkdaşları, ERASMUS+ PETRA (Azərbaycan Universitetlərində Tədris və Təlimin Təkmilləşdirilməsi) layihəsi üzrə işçi qrupunun universitet üzrə üzvləri – İngilis Filologiyası kafedrasının baş müəllimi Natavan Babayeva və Əcnəbi tələbələrlə iş üzrə dekan müavini Leyla Musayeva partnyor universitet olan Naxçıvan Dövlət Universitetində fevral ayının 27-dən 29-dək təşkil olunan növbəti təlimdə iştirak ediblər. Bu məqsədlə universitetə gələn qonaqları qəbul edən universitetin rektoru Elbrus İsayev onları salamlayıb, universitetdə görməkdən məmnunluğunu bildirib. Müəllimlərin pedaqoji və texnoloji ehtiyaclarını fəaliyyətinin bütün mərhələlərində qarşılamaq və tədris və təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi və innovativ texnologiyaların tətbiqi yolunda keyfiyyətli tədrisin təkmilləşdirilməsi və inkişafı layihənin xüsusi məqsədləri sırasında sadalanıb.

Təlimlər zamanı layihə üzvlərinə universitetin maddi-texniki bazası, mövcud imkanları barədə məlumat verilib. 2017-2019-cu illəri əhatə edən layihənin sonuncu mərhələsində Naxçıvan Dövlət Universitetində Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Magistratura mərkəzində qurulan Təlim və Tədris mərkəzinin açılışında çıxış edən rektor Elbrus İsayev qeyd edib ki, hədəf qrupları müəllimlər, tələbələr və idarəçilər olan layihənin məqsədi tədris və təlimə üstünlük verməkdir.

Rektor mərkəzin fəaliyyətində perspektivləri dəyərləndirib, gələcək fəaliyyət istiqamətində mövcud təkliflərin də nəzərə alınacağını vurğulayıb.
İspaniyanın Valensiya Politexnik Universitetindən layihənin baş koordinatoru Javier Orozco mərkəzin açılmasından məmnunluğunu ifadə edib. Erasmus+ Key Action tərəfdaşlığı Petra, potensialın artırılması, texnologiya və innovasiyaların istifadəsinin artırılması, tədris və tədqiqata dəstək verilməsi və Avropa ölkələri ilə uzunmüddətli tərəfdaşlıq quraraq, Azərbaycan Universitetlərində tədris və təlimin təkmilləşdirilməsinə yönələn layihənin əhəmiyyətindən bəhs edib və mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.
ERASMUS+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov bildirib ki, layihə çərçivəsində yaradılmış Təlim–Tədris Mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Ölkə universitetlərinin hər birindən olan qonaqlar Naxçıvan Dövlət Universitetində qurub-yaradılan mərkəzin fəaliyyətindən xüsusi razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, yekunu Naxçıvan Dövlət Universitetində baş tutan layihədə İspaniyanın Valensiya Politexnik Universitetindən Elena de la Poza da iştirak edib. Bu məqsədlə Azərbaycan ali məktəblərindən – Azərbaycan, Xəzər, Pedaqoji, Bakı Slavyan, Azərbaycan Dillər, Gəncə, Sumqayıt Dövlət Universitetlərinin də nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar. Onlar həmçinin muxtar respublikanın turizm potensiallı yerlərində – Duzdağ Fizioterapiya mərkəzində, Xan sarayında, Açıq səma altında muzeydə, Naxçıvan Biznes Mərkəzində, Möminə xatun məqbərəsində, Əshabi-Kəhf dini ziyarətgahında olublar.
3 gün davam edən tədbir sonunda layihənin əməkdaşlarına universiterin sertifikatı təqdim olunub.

“FRED” PLATFORMASI- fransız dilini öyrənmək və tədris etmək üçün platforma”nın təqdimatı keçirildi

21 fevral 2020–ci il  tarixində Bakı Slavyan Universitetində  ERASMUS+(PETRA) layihəsi çərçivəsində Fransanın Azərbaycandakı Səfirliyininin Mədəniyyət və Əməkdaşlıq Müşaviri və Azərbaycanda Fransız İnstitunun direktoru cənab Jerom Kelin, fransız dilinin tədrisi üzrə minlərlə pedaqoqika və dilçilik sahələrini əhatə edən eləcə də təmənnasız şəkildə təqdim olunan vəsaitləri özündə cəlb edən “FRED” platformasının təqdimatı keçirildi.

Tədbirin ikinci hissəsində Azərbaycanda Fransız İnstitutunun kitabxanasının müdiri cənab İlkin Babayev “Culturetheque” platforması haqqında öz təqdimatı ilə çıxış etdi. O, öz çıxışında həmin onlayn kitabxananın 200 000-dən artıq fransız dilində vəsaitlərinin (kitab, jurnal, komiks, DVD, CD, uşaq üçün kitablar) olduğunu vurğuladı. Bakı Slavyan Universitetinin  tələbələrinə bu vəsaitlərdən səmərəli şəkildə istifadə qaydalarını izah etdi.

Bakı Slavyan Universitetinin  Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələri  Fransa və Azərbaycanın milli bayramları haqqında təqdimat keçirdilər. Tələbələr əcnəbi qonağımıza Azərbaycanın qonaqpərvərliyindən və adət ənənələrindən danışıblar, milli şirniyyatlarımızı nümayiş etdiriblər.

Tədbirdə Roman filologiyası kafedrasının müəllim heyəti və fransız dilini öyrənən tələbələr iştirak ediblər.

“FRED” PLATFORMASI- fransız dilini öyrənmək və tədris etmək üçün platforma” adlı interaktiv treninq

Bakı Slavyan Universitetinə dəvət olunan Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri, Azərbaycanda Fransız İnstitutunun direktoru cənab Jerom Kel tərəfindən “FRED platforması – fransız dilini öyrənmək və tədris etmək üçün platforma” adlı interaktiv treninq keçiriləcək. Treninq çərçivəsində cənab Jerom Kelin köməkçisi İlkin Babayev tərəfindən “Culturetheque”- 200 000-dən artıq fransız dilində vəsaiti olan onlayn kitabxana və onun istifadə imkanları haqqında geniş məlumat veriləcəkdir!

Treninq 21 fevral 2020-ci il tarixdə saat 10:00-da ERASMUS+(PETRA) layihəsi çərçivəsində yaradılmış Təlim və Tədris Mərkəzində keçiriləcəkdir!

Fransız dilini öyrənən və bu dili tədris edənlər, eləcə də maraqlanan şəxslər iştirak edə bilərlər.

“Fransanın milli bayramları” Seminar

ERASMUS+ (PETRA) layihəsi çərçivəsində 25 dekabr 2019 –cu il  tarixdə BSU-nun Filologiya və Xarici dil müəllimliyi fakültəsinin Roman Filologiyası kafedrasının müəllimi Məmmədova Şənçiçək Dilsuz qızı tərəfindən  “Les Fêtes et les Français”(Fransızlar və Bayramlar) mövzusunda kafedranın müəllim heyətinin və fransız dilini öyrənən tələbələrin iştirakı ilə  seminar keçirildi.  Seminar iki hissədən ibarət idi. Birinci hissədə  müəllim Məmmədova Ş. mövzu ilə bağlı maraqlı informasiya verdi və  interaktiv formada hazırladığı prezentasiyaları seminar iştirakçılarına təqdim etdi. II hissədə müəllim  verilmiş məlumatların necə mənimsənildiyinin  müəyyən etmək üçün,  mövzu ilə baglı  xüsusi tapşırıqları iştirakçılara təqdim etdi. Tələbələr tədbirdə çox fəal iştirak ediblər. Seminarda fransız bayramlarında həyata keçirilən bəzi rituallar əyani şəkildə təqdim edildi. Daha sonra seminar müzakirələrlə davam edib.

“Построение образа в творчестве Ф.Достоевского”. Disput-mühazirə.

18 noyabr 2019-cu il tarixdə daha bir maraqlı disput-mühazirə Rus Ədəbiyyatı Тarixi kafedrasının dosenti Kəmalə Umudova tərəfindən aparılıb. “Dostoyevski yaradıcılğında obrazın quruluşu(“Yoxsul insanlar” romanı)” adlı mühazirəni dinləmək üçün universitetin müəllim və tələbə heyəti qatılmışdır. Mühazirəçi Dostoyevskinin yaradıcılığına, onun ilk bədii əsəri olan “Yoxsul insanlar” a qarşı tənqidçi və ya oxucu tərəfindən birtərəfli yanaşmaların qüsurlu olduğunu qeyd etmişdir. Yazıçının bədiilik haqqında düşüncələrinə, onun gənc yaşlarından başlayaraq dərin antropoloji axtarılarda olduğuna diqqət yetirərək, K.Umudova Dostoyevskinin realist üslubunun özünəməxsusluğunu təmin edən mənəvi dəyərlər sistemini Makar Devuşkin obrazı üzərindən geniş təhlil etmişdir. Dostoyevski əsərində ənənəvi süjet anlayışından fərqli olaraq hadisələrin insanlar arasında münasibətlər, kommunikativ əlaqələr üzərində qurulmasından, “Yoxsul insanlar “ romanının bədii mənzərəsində “yazı”, “kitab”, “yazıçı” konseptlərinin rolunu önə çıxaran maraqlı mühazirə-prezentasiya təşkil olnmuşdur. Dinləyicilərin maraqla qarşıladıqları mühazirə sonra müzakirələrlə davam etmişdir.

“Teaching listening: stages, skills and subskills”. Seminar

18 noyabr 2019-cu il tarixdə “Dinləmə” dərslərinin təşkil edilməsi və bu zaman vacib olan bacarıqların formalaşması” adlı növbəti seminar, Xarici dillər kafedrasının müəllimi Simnarə Cəbrayılova tərəfindən aparılıb. Seminar çərçivəsində dinləmə dərslərinin təşkili qaydaları müzakirə olunub. Müəllim S.Cəbrayılova bildirib ki, bu dərslərin təşkili üçün xüsusi metodlardan istifadə edildiyi zaman dərsin məhsuldarlığı daha da artır. Dinləyicilər “3 addımda Dinləmə” metodu ilə tanış olublar və sonda verilən tapşırıqları praktik şəkildə yerinə yetiriblər.